Bank Of Baku

Milli Məclisdə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclas başa çatıb

Milli Məclisdə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclas başa çatıb
# 18 oktyabr 2011 15:33 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkilləri müstəqilliyin 20 illiyi münasibətilə Azərbaycan xalqını təbrik ediblər. Deputatlar həmçinin müxtəlif təkliflərlə çıxış edib, səsləndirilən təkliflərə münasibət bildiriblər.

Deputat Zahid Oruc Azərbaycanın müstəqilliyinin təmin olunması və inkişafında rolu olan sabiq prezident Heydər Əliyev və prezident İlham Əliyev barədə qanunların qəbuluna ehtiyac olduğunu söyləyib. YAP-dan olan deputat Mübariz Qurbanlı isə Heydər Əliyevin irsi haqqında qanunun qəbulunu vacib sayıb.

Millət vəkili Fəttah Heydərov isə qeyd edib ki, müstəqil Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil: “Azərbaycanın dövlətçilik tarixi və burada H. Əliyevin rolu xüsusilə öyrənilməli və tədqiq edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR