Bank Of Baku

İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanılan şəxslərdən birinin apellyasiya şikayəti qismən təmin olunub

İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanılan şəxslərdən birinin apellyasiya şikayəti qismən təmin olunub
# 18 oktyabr 2011 15:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın aprelin 2-də Bakıda keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat Partiyasının üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən Elşən Həsənovun cəzasının 2 ildən 1 ilə endirilməsi barədə qərar qəbul olunub. Digər təqsirləndirilən şəxslərin apellyasiya şikayəti isə təmin olunmayıb. Birinci instansiya məhkəməsinin hökmü olduğu kimi qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənov 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərin ümumilikdə 6 min 650 manat dəymiş ziyanı da ödəmələri barədə də qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR