Bank Of Baku

Gülağa Aslanlı: “Qurultayın vaxtı bu ayın axırına qədər müəyyənləşəcək”

Gülağa Aslanlı: “Qurultayın vaxtı bu ayın axırına qədər müəyyənləşəcək”
# 19 oktyabr 2011 14:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Müsavat Partiyasının növbəti qurultayının dəqiq gününü təyin etmək üçün bizə bu ayın axırına qədər vaxt lazımdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, hazırda partiyanın rayon təşkilatlarında konfransların keçirilməsi işinin sürətləndiyini bildirib: “Keçən həftə 7 rayon təşkilatında konfrans keçirildi. Bu həftənin sonunda daha 6-7 rayon təşkilatında konfransların keçirilməsi gözlənilir. Əgər bu həftənin və gələn həftənin sonunda planlaşdırdığımız konfransları keçirə bilsək, biz artıq ayın sonunda qurultayın gününü müəyyənləşdirə bilərik. Yalnız bundan sonra yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR