Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının mitinq keçirməklə bağlı müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının mitinq keçirməklə bağlı müraciətinə cavab verib
# 19 oktyabr 2011 14:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan İslam Partiyasına (AİP) oktyabrın 22-də keçirmək istədiyi mitinqlə bağlı cavab verib.

AİP sədrinin müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, paytaxt meriyası partiyaya ünvanladığı cavab məktubunda mitinqin keçirilməsinin məqsədəuyğun olmadığını bildirib.

A. Heydərli onu da deyib ki, partiya qanunda nəzərdə tutulan - “Ulduz” metrostansiyası və “Təbriz” kinoteatrı qarşısında mitinqi keçirmək niyyətini açıqlasa da, BŞİH bunu da nəzərə almayıb. O, sabah - oktyabrın 20-də bununla bağlı partiyanın qərarverici orqanının toplantısının keçiriləcəyini də söyləyib.

Qeyd edək ki, partiya mitinqlə bağlı BŞİH-yə oktyabrın 10-da müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR