Bank Of Baku

Müstəqilliyin bərpasına həsr olunan yazı müsabiqəsinə yekun vurulub

Müstəqilliyin bərpasına həsr olunan yazı müsabiqəsinə yekun vurulub
# 19 oktyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İstiqlalçı deputatlar tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr olunan yazı müsabiqəsinin yekunlarına həsr edilən tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu çıxış edərək Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu prosesi barədə danışıblar.

Sonra müsabiqənin yekunları ilə bağlı məlumat elan olunub. Bildirilib ki, müsabiqəyə 11 yazı təqdim edilib. Bunların hamısı bu və ya digər səviyyədə əhəmiyyətli olduğundan ayrı-seçkilik salınmayıb. Lakin ən yaxşı 6 yazıya pul mükafatı təyin olunub. Əvvəlcədən nəzərdə tutulduğu kimi birinci, ikinci və üçüncü yerlər üçün ayrılan mükafat fondu 6 yazı müəllifi arasında bölünüb. Mükafat fondu min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR