Bank Of Baku

İctimai Palata Yiliya Timoşenkonun həbsinə etiraz edir

İctimai Palata Yiliya Timoşenkonun həbsinə etiraz edir
# 19 oktyabr 2011 15:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palata (İP) Ukraynanın sabiq baş naziri Yiliya Timoşenkonun həbsi ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda Kiyev məhkəməsinin ölkənin keçmiş baş naziri Yuliya Timoşekonun 7 illiyə azadlıqdan məhrum edilməsi haqda hökm çıxardığı xatırladılıb. Məhkəmə bu qərarı çıxararkən Timoşenkonun guya baş nazir olduğu müddətdə korrupsiyaya bulaşdığını, Rusiya ilə qaz anlaması zamanı dövlətə milyonlarla dollar ziyan vurduğunu əsas götürdüyünü bildirib.

“Lakin həm ölkə daxilində, həm də xaricdə, ələlxüsus demokratik Qərb dövlətlərində hökmü siyasi sifariş və hazırkı prezident Viktor Yanukoviçin seçkidəki əsas rəqibinə qarşı qisas aktı kimi dəyərləndirir, Timoşenkonun hakimiyyətə qarşı sərt müxalifətçi mövqeyi ilə bağlayırlar. İctimai Palata olaraq biz də bu həbsin siyasi motivli olduğunu bəyan edir, demokratik dünyanın çağırış və tələblərinə qoşularaq xanım siyasətçinin dərhal azad edilməsini tələb edirik. Siyasətçilərin yanlışlıqları ola bilər, ancaq onların siyasi baxışlarına, dünya görüşlərinə görə həbsi, təqibi yolverilməzdir” - deyə, bəyanatda qeyd edilib.

İP ümid edir ki, Avropanın mühüm parçası olan Ukraynanın hazırkı iqtidarı demokratik dünyanın çağırışlarını ciddiyə alacaq, eks-baş naziri tezliklə azad edəcək, onun timsalında Ukraynanın müxalifət qüvvələrinə qarşı basqılara son qoyacaq: “Bu, ölkənin beynəlxalq imicinə yalnız müsbət xallar gətirərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR