Bank Of Baku

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək istəyən 621 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək istəyən 621 nəfərin namizədliyi qeydə alınıb
# 20 oktyabr 2011 07:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Noyabrın 30-da keçiriləcək təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək istəyən 621 nəfərin namizədliyi 54 seçki dairəsi və 164 bələdiyyə üzrə qeydə alınıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Ümumilikdə 1425 nəfər imza vərəqi götürüb. Onlardan 929 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR