Bank Of Baku

Əli Əliyev: “Müxalifətin daha geniş çapda əməkdaşlığını təmin edəcək format tapılmalıdır”

Əli Əliyev: “Müxalifətin daha geniş çapda əməkdaşlığını təmin edəcək format tapılmalıdır”
# 20 oktyabr 2011 11:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ölkə müxalifətinin qarşısında duran birinci vəzifə xalqın etimadını yenidən qazanmaqdır. Bunun üçün müxalifətin daha geniş çapda əməkdaşlığını təmin edəcək format tapılmalıdır. Müxalifət partiyaları kimi ümumi maraqlarımıza toxunan problemlər var ki, onların bir yerdə həlli vacibdir. Ona görə də bu məsələləri nəzərə alıb müxalifətə bir daha müraciət edilməlidir”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Partiya sədri müxalifət düşərgəsində müxalifəti ayıra bilən məsələlərin ortaya çıxarılmasının yanlış olduğunu söyləyib: “İndidən vahid namizəd məsələsinin müəyyənləşdirilməsini də bir qədər tələskənlik hesab edirəm”.

Ə. Əliyevin fikrincə, Vətəndaş Hərəkatı Forumunun müzakirəyə çıxardığı məsələlər hazırkı məqamda kifayət qədər aktualdır və yaxın gələcəkdə də aktuallığını saxlayacaq: “Məsələnin nüvəsində son parlament seçkilərində fəal iştirak edən partiyalar durmalıdır. Bunlar Vətəndaş və İnkişaf, Liberal, Ümid, Demokrat, Müsavat, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal və əlbəttə ki, Vətəndaş Həmrəyliyi partiyalarıdır. Sonradan digər siyasi təşkilatlara yer ayrılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR