Bank Of Baku

Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə partiya liderlərinin apardığı müzakirələrdə fikir ayrılığı yaranıb

Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə partiya liderlərinin apardığı müzakirələrdə fikir ayrılığı yaranıb
# 20 oktyabr 2011 12:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə partiya liderlərinin iştirakı ilə keçirilən yığıncaqlarda konkret qərarın olacağı qənaətindəyəm”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, müzakirələrdə ortaya çıxan fikir ayrılığı əsasən təqvimi seçkilərin keçirilməsi üçün təşkilatlanma ilə bağlıdır.

Ə. Əliyevin sözlərinə görə, hazırda liderlərin mövqeləri arasında dəyərləndirmə gedir: “İki dəfə bununla bağlı müzakirələr aparılıb. Növbəti toplantıda bu yanaşmaların birinin üzərində dayanmaq və qərar qəbul etmək məqamıdır. Çünki müddətsiz müzakirələr fayda vermir. Hər hansı formulun əldə edilməsində maraqlıyıq”.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə hazırda Vətəndaş və İnkişaf, Liberal, Klassik Xalq Cəbhəsi, Demokrat və Ümid partiyalarının liderləri arasında müzakirələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR