Bank Of Baku

Azərbaycan İslam Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verir

Azərbaycan İslam Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verir
# 20 oktyabr 2011 13:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan İslam Partiyası (AİP) İdarə Heyətinin yığıncağı keçirilib.

Partiyanın sədr müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, iclasda partiyanın oktyabrın 22-də keçirmək istədiyi mitinqlə bağlı məsələ müzakirə mövzusu olub və kütləvi aksiyanın keçirilməsi məqsədəuyğun hesab etmədiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mövqeyi pislənilib. Yığıncaqda BŞİH-nın mitinqin keçirilməsinə qarşı çıxmasının əsassız olduğu vurğulanıb və bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilib.

A. Heydərli isə deyib ki, partiyanın İdarə Heyəti yaranmış vəziyyətlə bağlı məhkəmə instansiyasına müraciət edilməsinə dair qərar da qəbul edib: “İslam Partiyası yaxın günlərdə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması iddiası ilə müvafiq sənədləri ərazi üzrə Səbayıl Rayon Məhkəməsinə müraciət təqdim edəcək”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan İslam Partiyasına (AİP) oktyabrın 22-də paytaxtın “Ulduz” metrostansiyası və “Təbriz” kinoteatrı qarşısında mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə mənfi cavab verib və kütləvi aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR