Bank Of Baku

Azərbaycanın millət vəkili Türkiyədə keçirilən konfranslarda məruzə ilə çıxış edəcək

Azərbaycanın millət vəkili Türkiyədə keçirilən konfranslarda məruzə ilə çıxış edəcək
# 24 oktyabr 2011 08:34 (UTC +04:00)
Bakı - APA. Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa Türkiyəyə səfərə gedir.

BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fazil Mustafa oktyabrın 25-28-də Türkiyənin Ərzurum və İqdır şəhərlərində keçirilən konfranslara qatılacaq.

Türkiyə-Azərbaycan münasibətlərinə həsr olunan konfranslarda BQP başqanı “Türkiyə və Azərbaycanın erməni problemi və ortaq addımlar” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, bu konfranslar Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən düzənlənən “Azərbaycan həftəsi” tədbirlər silsiləsinə uyğun olaraq təşkil olunub. Konfranslar eyni zamanda Trabzon və Qars şəhərlərində də keçiriləcək. Bu tədbirlərdə də Azərbaycan və Türkiyədən olan araşdırmaçılar, jurnalistlər və elm adamları məruzələrlə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR