Bank Of Baku

Azərbaycanın müxalifət partiyası Qəddafinin məhkəmə qarşısına çıxarılmadan öldürülməsini səhv addım hesab edir

Azərbaycanın müxalifət partiyası Qəddafinin məhkəmə qarşısına çıxarılmadan öldürülməsini səhv addım hesab edir
# 24 oktyabr 2011 12:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib.

ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ilk olaraq Türkiyədə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı başsağlığı verilib və Türkiyənin Azərbaycandakı səfirliyinə müvafiq məktub göndərilməsi qərara alınıb. ADP İH Azərbaycan hökumətinin Türkiyəyə dərhal yardım göndərməsini təqdir edib və bu cür yardımları daha da artırmağa çağırıb. Türk Dövlətləri Əməkdaşlıq Şurasının Almatı görüşünün nəticələrinə dair müzakirə aparan İdarə Heyəti bu yığıncağı müsbət qiymətləndirib, Özbəkistanın da bu quruma üzv olunmasının zəruriliyi vurğulanıb və gələcəkdə dövləti olmayan türk dilli xalqların bu qurumda hər hansı formada təmsilçiliyi istiqamətində fəaliyyətin məqsədəuyğunluğu bir daha qeyd edilib.

İclasda Azərbaycan hökumətinin Rusiya baş nazirinin təklif etdiyi MDB-nin azad ticarət təşkilatına üzv olmaqdan imtina edilməsi haqqındakı qərarı da təqdir olunub və partiya ölkəmizin Avropa Birliyinə inteqrasiyası və Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə istiqamətlənmiş siyasəti daha düzgün hesab edib.

ADP İH ABŞ dövlət katibinin müavini U. Börnsün Azərbaycana səfərini və onun ölkəsi üçün demokratiya və təhlükəsizlik maraqlarının bir tam şəkildə olması, habelə korrupsiyaya qarşı ciddi mübarizənin, bu istiqamətdə islahatların aparılmasının labüdlüyü ilə əlaqədar mətbuata verdiyi açıqlamanı yüksək qiymətləndirib.

İclasda Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin uzun müddət çəkən qanlı müqavimətindən sonra təslim edilməsini müsbət hadisə kimi dəyərləndirib və M. Qəddafinin məhkəmə qarşısına çıxarılmadan öldürülməsi səhv hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR