Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 24 oktyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncağın əvvəlində Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanları anılıb, bu ölkənin xalqına və hökumətinə başsağlığı verilib.

Sonra oktyabrın 17-də və 18-də Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş yığıncaq və ziyafət haqqında fikir mübadiləsi aparılıb, tədbirlər müsbət dəyərləndirilib.

Gündəliyin partiyadaxili məsələ bölümündə rayon təşkilatlarında keçirilmiş hesabat-seçki konfransları haqqında məlumat verilib, onların nəticələri barədə fikir mübadiləsi aparılıb. Növbəti həftə ərzində keçirilməsi planlaşdırılmış hesabat-seçki konfranslarının tarixləri açıqlanıb.

Digər məsələlərin müzakirəsindən sonra cari məsələlər baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR