Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyası maarifləndirici plakatlar nəşr etdirib

Azərbaycan Mərkəzi Seçki Komissiyası maarifləndirici plakatlar nəşr etdirib
# 24 oktyabr 2011 16:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyası (MSK) 30 noyabr Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkiləri ilə bağlı maarifləndirmə proqramı maarifləndirici plakatlar nəşr etdirib. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçicilərin məlumatlandırılması məqsədi daşıyan plakatlar çap edilərək aşağı seçki komissiyalarına paylanır.

Seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar müxtəlif mövzuları əhatə edən plakatların seçki keçirilən yaşayış məntəqələrində, əhalinin sıx olduğu və diqqət çəkən yerlərdə asılması tövsiyə olunub. Həmin plakatlar seçici siyahılarında seçicilərin adlarını yoxlaması, internetdə seçici axtarış sistemi, seçkilərə çağırış, səsvermə prosedurları və onların tərkib hissələrinə daxil olan müxtəlif məqamlar, seçicilərin seçki günü atacağı addımlar və s. bu kimi mövzulara həsr olunur. Hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanaraq nəşr olunmuş bu maarifləndirmə vasitələrinin aşağı seçki komissiyalarına çatdırılması prosesi davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR