Bank Of Baku

Oqtay Əsədov: “Eks-prezidentlərlə bağlı qəbul olunacaq qanun Əbülfəz Elçibəy və Ayaz Mütəllibova da şamil olunacaq”

Oqtay Əsədov: “Eks-prezidentlərlə bağlı qəbul olunacaq qanun Əbülfəz Elçibəy və Ayaz Mütəllibova da şamil olunacaq”
# 25 oktyabr 2011 09:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsi ilə bağlı aparılan müzakirələrdə spiker Oqtay Əsədov deyib.

Millət vəkili Vahid Əhmədovun «Bu qanun keçmiş prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunacaqmı» sualını cavablandıran spiker bu qanunun müddəalarının hər iki eks-prezidentə və onların ailələrinə şamil olunacağını qeyd edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, sözügedən qanun Konstitusiya qanunudur və impiçment yolu ilə vəzifəsindən azad edilməmiş prezidentlərə şamil oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR