Bank Of Baku

Əli Əhmədov: “Konstitusiya Məhkəməsi yeni qanunun Ayaz Mütəllibova şamil edilib-edilməyəcəyi haqda rəy verməlidir”

Əli Əhmədov: “Konstitusiya Məhkəməsi yeni qanunun Ayaz Mütəllibova şamil edilib-edilməyəcəyi haqda rəy verməlidir”
# 25 oktyabr 2011 09:59 (UTC +04:00)
Dünyanın bütün sivil cəmiyyətlərində eks-prezidentlərin hüquqi vəziyyətini müəyyənləşdirən qanun var. Azərbaycanda belə bir qanunun qəbulu yerinə düşür”. APA-nın məlumatına görə, bunu Milli Məclisdə eks-prezidentlər haqqında Konstitusiya qanunu layihəsinin müzakirəsində YAP-ın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, qanun konkret şəxslərə şamil olunduğundan konkret məna kəsb edir. O, qanunun sabiq prezident Ayaz Mütəllibova şamil olunması məsələsinə də münasibətini açıqlayıb: “Mütəllibov prezidentlikdən istefa verdikdən 3 ay sonra zorla prezidentliyi öz üzərinə götürmək istəyib. Qeyri-qanuni yolla hakimiyyəti zəbt edib və sonra da hakimiyyətdən kənarlaşdırılıb. O özü istefa verib, yoxsa zorla hakimiyyətdən uzaqlaşdırılıb? Bu məsələ açıq qalır. Bu gün o, 20 ildir cinayət törətmiş şəxs kimi mühacirət həyatı yaşayır. Bu məsələyə də aydınlıq gətirilməlidir və bundan sonra qanunun tətbiqi mümkündür”.

Ə. Əhmədovun fikrincə, qanunun kimlərə şamil olunacağı, o cümlədən Ayaz Mütəllibova şamil edilib-edilməyəcəyi haqda Konstitusiya Məhkəməsi rəy verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR