Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu birinci oxunuşda qəbul edilib
Xanhüseyn Kazımlı qanunun bütün müasir tələblərə cavab verdiyini və qəbulunun vacibliyini vurğulayıb. Elmira Axundova qeyd edib ki, qanundakı bir çox mürəkkəb suallara Konstitusiya Məhkəməsi rəy verməlidir və sənəd hər iki eks-prezidentə – Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və onların ailələrinə şamil olunmalıdır. O, qanunun adının “Fəaliyyətdə olmayan prezidentlər” olaraq dəyişdirilməsini təklif edib.
İqbal Ağazadə deyib ki, bu qanun layihəsinin qəbulu ölkədə barış mühitinin yaradılmasında mühüm rol oynaya bilər. Eyni zamanda deputat bu qanunun hər üç sabiq prezidentə şamil olunmasının vacibliyini vurğulayıb və həmkarlarını qanunun qəbuluna səs verməyə çağırıb.
Musa Quliyevin fikrincə, qanunun A. Mütəllibova şamil olunması üçün Konstitusiya Məhkəməsinin rəyi lazımdır.
Qüdrət Həsənquliyev bəyan edib ki, eks-prezidentlərə indiki prezidentin aldığı maaşın 80%-i həcmində təqaüd verilməlidir: “Qanun elə yazılmalıdır ki, Konstitusiya Məhkəməsinin şərhinə ehtiyac qalmasın. Mütəllibov çox ağır cinayətlərdə - həm 20 Yanvar, həm də Xocalı faciəsində ittiham olunur. Buna baxmayaraq, mən bu layihənin qəbuluna səs verəcəyəm. Bu qanun Əbülfəz Elçibəyə şamil olunmalıdır. Burada mühafizəçilərin silah gəzdirməsi və eks-prezidentin evinin müvafiq orqanlar tərəfindən mühafizəsi məsələsi də əksini tapmalıdır”.
Q. Həsənquliyev müxalifətin 2 aprel aksiyasında həbs olunanların, o cümlədən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının həbsdən azad olunmasını da istəyib.
Əli Məsimli də qanun layihəsini müasir sənəd adlandıraraq bu layihəyə səs verəcəyini açıqlayıb.
Sabir Rüstəmxanlı bildirib ki, bu gün Azərbaycan üçün bu qanun önəm daşıyır: “Bu qanun nə qədər humanist mahiyyət daşısa, cəmiyyətimiz üçün o qədər önəmlidir. O dövrdə müharibə gedirdi, ölkədə daxili qarşıdurma vardı və səhvlər qaçılmaz idi. İyirmi il ölkədən kənarda mühacirət həyatı yaşamaq bir cəzadır və düşünürəm ki, Ayaz Mütəllibov da bundan nəticə çıxarıb. Qanun həm Elçibəyə, həm də Mütəllibova şamil olunmalıdır”.
Məlahət İbrahimqızı layihəyə Konstitusiya Məhkəməsinin rəy verməsini istəyən həmkarlarına qoşulub. Aydın Mirzəzadə isə qeyd edib ki, qanun layihəsi hüquqa söykənərək yazılıb və səslənən sualların hamısına cavab var. Çingiz Qənizadə hesab edir ki, qanun siyasi gərginliyi ortadan götürəcək: “Bu addımı dövlət atmalı idi və atdı. Çox təəssüf edirəm ki, burada adlar hallanır, keçmiş prezidentlər müzakirə obyekti olur. Düşünürəm ki, biz geriyə baxmamalıyıq. Mütəllibov və Elçibəy Konstitusiyanın 104-cü maddəsi ilə – yəni istefa verərək vəzifədən gediblər. Onlara bu qanun şamil olunur. İndiyədək Azərbaycanda impiçment yolu ilə prezident vəzifəsindən kənarlaşdırılmayıb”.
Asim Mollazadə Əbülfəz Elçibəyə eks-prezident statusunun verilməsini müsbət hal sayıb. Fərəc Quliyev sənədi islahatçı qanun adlandırıb.
Milli Məclisin sədri müavini Valeh Ələsgərov bəyan edib ki, layihə Azərbaycanın Konstitusiyasına uyğun hazırlanıb. O, zala müraciət edərək deyib ki, kimin irad və təklifi varsa, yazılı şəkildə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etsin.
Komitə sədri Əli Hüseynli isə çıxışında vurğulayıb ki, tarixi keçmiş və siyasi məsələlərlə bağlı spekulyasiya edilməməlidir: “Bu qanunun qəbulu o demək deyil ki, əvvəlki tarixi proseslərə, siyasi baxışlarımıza münasibət dəyişir. Bizim iradəmiz çatır ki, əvvəllər hərəkətlərinə və hərəkətsizliyinə görə məhkum olunmuş insanlara fərqli münasibət sərgiləyək. Bu qanunun rəy üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə fikirlər məni təəccübləndirdi. Parlamentin hazırladığı hər hansı qanunun rəy almaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi proseduru yoxdur. Bu qanun üzərində Konstitusiya hüququ üzrə ixtisaslaşmış ən tanınmış mütəxəssislər çalışıb”.
Sualları cavablandıran Ə. Hüseynli bildirib ki, əvvəllər prezident olmuş şəxslərin heç biri impiçment qaydası ilə vəzifədən uzaqlaşdırılmayıb. Qanunun haqqında cinayət təqibi elan edilmiş şəxslərə şamil olunması məsələsinə aydınlıq gətirən Ə. Hüseynlinin sözlərinə görə, bu sənəd Konstitusiya Qanunudur və cinayət təqibinə xitam vermək hüququna malikdir.
Qanun layihəsi səsə qoyularaq 110 nəfər lehinə, 3 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla birinci oxunuşda qəbul edilib. 1 deputat səs verməyib.
Layihə 6 aydan sonra ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir