Bank Of Baku

MSK seçki bülletenlərinə dair tələbləri təsdiqləyib

MSK seçki bülletenlərinə dair tələbləri təsdiqləyib
# 25 oktyabr 2011 13:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə MSK-nın 14 oktyabr 2011-ci il tarixli protokolu təsdiqlənib. Daha sonra seçki bülletenlərinin Azərbaycan Respublikasında bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətninin, formasının və sayının hazırlanmasına dair tələblər təsdiqlənib.

MSK həmçinin qərara alıb ki, 2011-ci il oktyabrın 25-nə olan məlumata görə, seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 1 191 541 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

Sonda bəzi seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR