“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib
Dəyişiklik əsasında bələdiyyələr beynəlxalq əlaqələr qurmaq hüququ əldə edib. Başqa bir dəyişikliklə öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvləri bələdiyyə büdcəsindən məvacib ala biləcəklər. Onlara elmi və pedaqoji fəaliyyətdən başqa vəzifə tutmaq qadağan olunur. 5-7 üzvü olan bələdiyyələrdə 2 üzv, 9-11 üzvü olan bələdiyyədə 3 üzv, 13-15 üzvü olan bələdiyyədə 4 üzv, 17-19 üzvü olan bələdiyyədə 5 üzv bələdiyyə büdcəsindən məvacib ala bilər.
Digər dəyişiklik bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən ardıcıl olaraq 3 dəfə bələdiyyə iclaslarını üzürsüz səbəbdən buraxan və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzürsüz səbəbdən iştirak etməyən bələdiyyə üzvünün səlahiyyətinə xitam verilə bilər.
Parlament “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında“ qanuna da dəyişiklik edib. Dəyişikliyə əsasən bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında illik hesabatı təsdiq etməli və yerli əhalini tanış etmək məqsədilə həmin hesabatı müxtəlif vasitələrlə (elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytları və s) onlara çatdırmalıdır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında“ qanuna dəyişikliyə əsasən qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilməli və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ qanuna edilmiş əlavələrə əsasən ümumi istifadədə olan küçələr, meydanlar, yerli əhəmiyyətli və təsərrüfatdaxili yollar, parklar, meşə-parklar, bulvar, çimərlik, sahil, keçid, sututarları, stadionlar və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqları, yerli əhəmiyyətli su təsərrüfatı obyektləri, hidrotexniki qurğular, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Mili Məclis həmçinin “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında“ Əsasnaməyə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” və “Bələdiyyə qulluğu haqqında“ qanuna dəyişiklikləri də təsdiqləyib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
İmişlidə zəlzələ olub
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO