Bank Of Baku

Azərbaycan Milli Məclisi Lənkəran şəhəri və Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edib

Azərbaycan Milli Məclisi Lənkəran şəhəri və Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edib
# 25 oktyabr 2011 14:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Milli Məclisi Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edib. APA-nın məlumatına görə bununla bağlı dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib.

Dəyişikliklərə əsasən, Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik edilərək Balıqçılar qəsəbəsi, Ləj, Kənarmeşə, Kosalar, Şıxakəran, Şovu, Qurumba, Bəliton və Tuado kənd inzibati ərazi dairələri yaradılıb. Adıçəkilən ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul edilib.

Milli Məclis Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə də qismən dəyişikliklər edib. Dəyişikliyə əsasən, Gədəbəy rayonunun Ağamalı kəndi Çanaqçı, Əliismayıllı kəndi Alnabat kəndi, Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılıb.

Həmçinin Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndinin adı dəyişdirilərək Qızıltorpaq kəndi adlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR