Bank Of Baku

Milli Məclisin deputatları Əhməd Vəliyev və Musa Quliyev Qazaxıstanda keçiriləcək beynəlxalq seminarda iştirak edəcəklər

Milli Məclisin deputatları Əhməd Vəliyev və Musa Quliyev Qazaxıstanda keçiriləcək beynəlxalq seminarda iştirak edəcəklər
# 25 oktyabr 2011 15:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatları Əhməd Vəliyev və Musa Quliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “Davamlı inkişaf: ənənələr və müasir təcrübə” mövzusunda keçiriləcək beynəlxalq seminarda iştirak edəcəklər. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 26-da başlayacaq tədbirdə insan hüquq və azadlıqlarının təmin olunması, adət və ənənələrin qorunması, xalqlar arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın artırılması məsələləri müzakirə ediləcək.

Millət vəkilləri mövzu ilə bağlı fikirlərini açıqlayacaq, Azərbaycanda bu sahədə mövcud durum, görülmüş işlər barədə məlumat verəcəklər.

Səfər oktyabrın 29-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR