Bank Of Baku

Azərbaycan İslam Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Azərbaycan İslam Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 26 oktyabr 2011 13:25 (UTC +04:00)
Partiyanın sədr müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, bu gün şikayətlə bağlı müvafiq sənədlər 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə təqdim olunub.

İddiaya əsasən, paytaxt meriyası təşkilatın sərbəst toplaşmaq hüququnu bərpa etməli və dəyən mənəvi ziyana görə 5 min manat cərimə ödəməlidir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan İslam Partiyasına (AİP) oktyabrın 22-də paytaxtın “Ulduz” metrostansiyası və “Təbriz” kinoteatrı qarşısında mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə mənfi cavab verib və kütləvi aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR