Bank Of Baku

Seçki keçiriləcək ərazilərdə seçici siyahılarının təqdim edilməsi müddəti başa çatıb

Seçki keçiriləcək ərazilərdə seçici siyahılarının təqdim edilməsi müddəti başa çatıb
# 26 oktyabr 2011 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, məntəqə seçki komissiyaları tərəfindən icra olunan iş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən artıq yekunlaşıb.

Qanunvericiliyə əsasən seçki keçirilən ərazilərdə seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarının təqdim edilməsi səsvermə gününə 35 gün qalmış başa çatır.

Xatırladaq ki, noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 82 seçki dairəsi və 309 bələdiyyə üzrə 1365 nəfərin namizədliyi qeydə alınıb.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR