Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Beş partiyanın birgə məsləhətləşmələrinə son verilə bilər”

Mirmahmud Mirəlioğlu: “Beş partiyanın birgə məsləhətləşmələrinə son verilə bilər”
# 26 oktyabr 2011 14:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə beş partiya arasında aparılan məsləhətləşmələr uğurla da, uğur əldə olunmadan da başa çata bilər. Yəni bu beş partiyanın birgə məsləhətləşmələrinə son verilə bilər”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, bu danışıqlar istər müsbət, istərsə də mənfi sonluqla başa çatmalıdır: “Yəni danışıqların sonsuz aparılması mümkün deyil. Bu məsələyə yaxın günlərdə aydınlıq gələ bilər. Məsləhətləşmələrin bu qədər uzun çəkməsinin səbəbi birlik-inteqrasiya hədəfinin olması və ya razılaşma istiqamətində apardığımızın danışıqların müsbət nəticələnməsi cəhdidir”.

M. Mirəlioğlu məsləhətləşmələr nəticəsiz bitərsə, KXCP-nin atacağı addımlar haqqında da danışıb: “Öncədən demişdik ki, müxalifətin geniş koalisiyası alınacaqsa, orada olacağıq, razılıq əldə edilməyəcəksə, partiyamız pərakəndəlikdə fəaliyyət göstərməyəcək və təkbaşına fəaliyyətimizi davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR