Bank Of Baku

İctimai Palata 2 aprel aksiyasına görə həbs olunanlarla bağlı dəyirmi masa keçirib

İctimai Palata 2 aprel aksiyasına görə həbs olunanlarla bağlı dəyirmi masa keçirib
# 26 oktyabr 2011 14:36 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurası (KŞ) 2 aprel aksiyasına görə həbs olunmuş şəxslərin ailə üzvlərinin və vəkillərinin iştirakı ilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə İP üzvləri, məhbus ailələrini müdafiə komitəsinin nümayəndələri və vəkillər çıxış ediblər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, 2 aprel məhbusları 2011-ci ilin fenomeni kimi tarixə düşüblər: “Aksiya zamanı həbs olunan müxalifət nümayəndələrinə məhkəmələr tərəfindən ağır ittihamlar irəli sürülüb. Onların müdafiəsində siyasi partiyalar, gənclər təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar, xüsusən də vəkillər çox böyük əzmkarlıq, fədakarlıq göstəriblər. Artıq parlamentdə özlərini müxalifət kimi təqdim edən millət vəkilləri də bu barədə məsələ qaldırıblar. Yəni artıq bütün cəmiyyət bu hadisələrə öz münasibətini bildirməyə başlayıb. Biz bütün məsələlərdə azad sözün tərəfindəyik, hətta bu yaxınlarda islamçıların keçirmək istədiyi aksiyanı da yüksək qiymətləndirmişik”.

AXCP sədri Əli Kərimli isə deyib ki, həbs olunanların müdafiəsi ilə bağlı tədbirləri davam etdirəcəklər.

İP üzvü Vidadi Mirkamal vəkillərin fəaliyyətindən danışaraq onların əməyini yüksək qiymətləndirib.

Vəkil Əsabəli Mustafayev bildirib ki, inzibati həbslə bağlı bütün işlər - təxminən 26-27 nəfərin işi Avropa Məhkəməsinə göndərilib: “Hazırda digər işlərlə bağlı apellyasiya şikayətlərinə baxılır, lazımi qərarlar verilməsə, aidiyyəti hüquqi instansiyalara müraciət olunacaq”.

Sonda 2 aprel aksiyası zamanı həbs olunan müxalifət nümayəndələrinin ailə üzvlərinə və məhkəmə prosesində onları müdafiə edən vəkillərə mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR