Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının tərkibi yenilənəcək

İctimai Palatanın Koordinasiya Şurasının tərkibi yenilənəcək
# 26 oktyabr 2011 15:48 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib. İP üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, KŞ-nın iclasında İctimai Palatanın növbəti sessiyasının oktyabrın 29-da keçirilməsi qərara alınıb. Sessiyasının gündəliyi də müəyyən olunub.

V. Mirkamal bildirib ki, KŞ-nin iclasında ölkədəki ictimai-siyasi vəziyyət, İP-in qarşısında duran vəzifələr və digər məsələlər müzakirə olunub. Qərara alınıb ki, bir sıra məsələlərlə bağlı İP-də müzakirələr aparılsın, dəyirmi masa keçirilsin. V. Mirkamal deyib ki, dekabr ayında KŞ-nın tərkibinin yenilənməsi nəzərdə tutulub.

İclasda İP KŞ Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının yığıncağının keçirilməsini müsbət hal kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR