Bank Of Baku

Azərbaycan Avroatlantik Şurasının təsis yığıncağı keçirilib

Azərbaycan Avroatlantik Şurasının təsis yığıncağı keçirilib
# 27 oktyabr 2011 08:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Avroatlantik Şurasının təsis yığıncağı keçirilib. APA-nın xəbərinə görə, yığıncağın rəsmi açılışından sonra gündəlik təsdiqlənib, qurumun təşkilat komitəsinin sədri Sülhəddin Əkbər məlumat xarakterli çıxış edib. Sonra təsis yığıncağının sədarəti, redaksiya heyəti və say komissiyasının üzvləri seçilib.

Müzakirələrdən sonra şuranın təsis olunması haqqında qərar qəbul olunub, əlavə və dəyişikliklərlə qurumun Nizamnaməsi təsdiqlənib. Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Şuranın İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası seçilib. Müsavat Partiyası Məclisinin keçmiş sədri Sülhəddin Əkbər Avroatlantik Şuranın sədri seçilib.

Konfransda Şuranın Manifesti də qəbul olunub. Sonra cari məsələlərə baxılıb.

Qeyd edək ki, şura QHT sektorunda təmsil olunan 145 qurum və fiziki şəxs tərəfindən təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR