Bank Of Baku

Azərbaycanda bələdiyyələrə 1428 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycanda bələdiyyələrə 1428 nəfərin namizədliyi qeydə alınıb
# 27 oktyabr 2011 11:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 83 seçki dairəsi və 320 bələdiyyə üzrə 1428 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata görə, qeydiyyatda qalanların sayı 1427 nəfərdir. Ümumilikdə 1572 nəfər imza vərəqi götürüb. Onlardan 1476 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR