Bank Of Baku

Polis Akif Nağıya xəbərdarlıq edib

Polis Akif Nağıya xəbərdarlıq edib
# 27 oktyabr 2011 15:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılıb. A. Nağının APA-ya deyib ki, idarədə onunla BŞBPİ-nin rəis müavini Elxan Həsənov görüşüb. Görüşdə E. Həsənov mövcud qanunvericiliyi QAT sədrinin diqqətinə çatdıraraq, icazəsiz aksiyaların keçirilməsinin yolverilməz olduğunu qeyd edib.

QAT sədri isə MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən iclasına Ermənistan nümayəndə heyətinin qatılmasına etiraz etmələrində haqlı olduqlarını bildirilib.

Bu gün saat 16.30-da qurumun qərargahından polisin müşayiəti ilə şəhər polis idarəsinə aparılan A. Nağı bir saatdan artıq saxlanıldıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR