Bank Of Baku

Azərbaycan İslam Partiyasının sədri və digərləri barəsində hökmdən apellyasiya şikayəti verilib

Azərbaycan İslam Partiyasının sədri və digərləri barəsində hökmdən apellyasiya şikayəti verilib
# 27 oktyabr 2011 15:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə APA-ya vəkil Anar Qasımov məlumat verib. A. Qasımov apellyasiya şikayəti əsasında məhkəmə prosesinin vaxtının yaxın günlərdə məlum olacağını bildirib.

Qeyd edək ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.

İttiham olunan şəxslər bu il yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR