Azərbaycanda MDB dövlətləri Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası keçirilib
Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün Şura üzvlərinin qərarı ilə tədbirdə müşahidəçi qismində Almaniya, İtaliya və Fransanın müvafiq strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunublar.
Tədbir iştirakçıları və general-leytenant Eldar Mahmudov başda olmaqla MTN-in rəhbər heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.
Oktyabrın 27-də işinə başlayan iclası giriş sözü ilə general-leytenant Eldar Mahmudov açıb. Baş nazir Artur Rasizadə Azərbaycan prezidenti İlham Əliyevin adından qonaqları salamlayıb, dövlət başçısının tədbir iştirakçılarına təbriklərini çatdırıb, iclasın təhlükəsizlik üzrə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işində əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən nazir E. Mahmudov MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında ümumi təhlükəsizlik əleyhinə yönəlmiş təhdidlərin, o cümlədən terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirib.
MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev nümayəndə heyətlərinin Azərbaycan prezidenti ilə görüşünün yüksək təəssürat doğurduğunu bildirib, iştirakçı dövlətlərin son 20 ildə çox böyük tərəqqi yolu keçdiyini, hər bir ölkənin milli maraqlarına cavab verən tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə MDB dövlət başçılarının xüsusi önəm verdiklərini qeyd edib.
MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikovun rəhbərliyi ilə işini davam etdirən iclasda terrorçuluq və hər cür ekstremist təzahürlərlə mübarizənin təkmilləşdirilməsi məsələləri, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə təhqiqat və ibtidai istintaqın aparılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bundan başqa, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, kiber cinayətlər və digər hüquqazidd əməllərə qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurası yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, həmçinin Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz beynəlxalq dövriyyəsi ilə mübarizə üzrə Komissiyanın ekspert iclasları keçirilib.
İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar imzalanıb, Şuranın gələn il üçün fəaliyyət Planı təsdiq edilib, MDB Antiterror Mərkəzinin 2012-ci il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılıb.
MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclasının gələn il Moldovada keçirilməsi qərara alınıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
İmişlidə zəlzələ olub
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO