Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Milli Məclisdə hesabat verib
Ötən dövrdə Azərbaycanda insan alveri ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verən V. Eyvazov bildirib ki, cari ilin 9 ayında Azərbaycanda keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib. Keçirilmiş əməliyyat nəticəsində həmin cinayətləri törətmiş 17 nəfər saxlanılıb, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunub. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 17 nəfərin axtarışı davam etdirilir.
Hesabat dövründə «Qaynar xətt» telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəltmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə bağlı 12 minə yaxın zəng daxil olub.
«Araşdırmalar göstərir ki, Azərbaycan müvafiq qurbanlar üçün əsasən mənbə ölkəsidir. İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, daha 2 nəfəri Rusiyaya aparılıb. Müəyyən edilmiş 27 qurbandan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. İstismara qalan qurbanlardan 14-ü 25-35 yaş həddində, 25-i subay olub. Bu müddətdə insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib», - deyə V. Eyvazov vurğulayıb.
Milli koordinator, həmçinin əlavə edib ki, insan alveri ilə yanaşı, valideyn himayəsindən məhrum olmuş və baxımsız qalan uşaqların müəyyən edilməsi və onların qeydiyyata alınması istiqamətində tədbirlər davam etdirilib. Bu ilin 9 ayında aşkar edilmiş bu qəbildən olan uşaqlardan 3-ü şəxsiyyət vəsiqəsi, 10-u doğum haqqında şəhadətnamə, habelə insan alverinin qurbanı və potensial qurban olan 46 nəfər şəxsiyyəti təsdiq edən sənədlə təmin olunub.
Azərbaycanda vətəndaşların məcburi əməyə cəlb edilməsi ilə bağlı bir sıra müraciətlər olub. V. Eyvazov deyib ki, lakin araşdırmalar zamanı bunlar öz təsdiqini tapmayıb.
Bildirilib ki, hesabat dövründə Dövlət Əmək Müfəttişliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və QHT-lərlə birgə ayrı-ayrı vaxtlarda müxtəlif tikinti şirkətlərində və daş karxanalarında məcburi əməyə məruz qalma hallarının müəyyən edilməsi üçün monitorinqlər aparılıb. Tikinti təhlükəsizliyi və qeydiyyat qaydalarının, habelə əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanaraq, aidiyyəti şəxslər barədə müvafiq tədbirlərin görülməsi təmin edilib.
Hesabatla bağlı müzakirələr başlanıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
İmişlidə zəlzələ olub
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO