Azərbaycan prezidenti Ağdaş və Ucar rayonlarında səfərdə olub
Daha sonra prezident Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib. Dövlət başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş–Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verib.
Prezident Ağdaşda mərkəzi rayon xəstəxanasının açılışında da iştirak edib.
Dünya Bankının maliyyə vəsaiti hesabına inşa edilmiş 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.
Bu gün ölkə başçısı Ucar rayonuna da səfər edib. Prezident ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.
Burda Heydər Əliyev Mərkəzi də inşa olunub. Prezident Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Prezidentə məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Prezident daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonar prezident İlham Əliyev Ucar rayonundakı şahmat məktəbinin açılışında iştirak edib.
Prezident Ucar şəhərinin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində də iştirak edib. Prezidentə məlumat verilib ki, Ucar şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilib, Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından mənbə kimi istifadə olunub. Yeni layihəyə əsasən, Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilib, Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinədək 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə, eyni zamanda, magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı təmin olunacaq.
Şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, iki min kubmetr həcmində yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətləri çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcək. Çirkab sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada dörd min kubmetr olan müasir qurğu inşa ediləcək. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaq. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin 20 aya başa çatdırılması nəzərdə tutulub.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Taylandda gecə klubunda yanğında 27 nəfər ölüb
KİV: ABŞ-ın hava hücumları nəticəsində azı 13 İran şəhəri vurulub
Venesuelada zəlzələ qurbanlarının sayı 4490-a çatıb
İranın bir neçə şəhərində partlayışlar baş verib
ABŞ İrana yeni zərbələr endirməyə başlayıb
25 ölkənin lideri Parisdə Ukraynaya dəstəyi müzakirə edəcək
Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub - YENİLƏNİB
AQTA Gəncədə 8 nəfərin yas mərasimində zəhərlənməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB 2
Füzulidə açıq ərazilərdə yanğın baş verib
Fransa Livanda beynəlxalq qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb
İsrail Qəzzada HAMAS-ın hərbi obyektini vurub
Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar
Kəlbəcərdə yeniyetmə çaya düşüb
İsraildə növbəti parlament seçkilərinin tarixi açıqlanıb
İrana raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
FHN Abşeron ərazisində baş vermiş yanğının söndürülməsi ilə bağlı işlər görür
İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İranın Qeşm adasına 10-11 raket atılıb
İranın bəzi bölgələrində partlayış səsləri eşidilib
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB