Bank Of Baku

Azərbaycan prezidenti Ağsu rayonunda səfərdə olub

Azərbaycan prezidenti Ağsu rayonunda səfərdə olub
# 30 oktyabr 2011 19:37 (UTC +04:00)
Daha sonra ölkə başçısı Ağsu Regional Qaz İstismar Sahəsi ilə tanış olub.
Prezident Ağsuda mədəniyyət və istirahət parkında aparılan əsaslı bərpa və yenidənqurma işlərinin gedişi ilə maraqlanıb, çörək zavodunun və “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak edib.

Daha sonra ölkə başçısı Ağsu şəhər stadionunun, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında da iştirak edib. Ölkə başçısı Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.

Sonra dövlət başçısı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub. Prezident dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən “Şərədil” istirahət mərkəzi ilə tanış olub, inşa olunacaq “Şamaxı” otel kompleksini əks etdirən stendlərə baxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR