Bank Of Baku

BQP-nin 11 rayon təşkilatı yaradılıb

BQP-nin  11 rayon təşkilatı yaradılıb
# 30 oktyabr 2011 20:05 (UTC +04:00)
Təşkilati məsələnin müzakirəsi zamanı rayon təşkilatlarının yaradılması və təsis konfransları haqqında BQP Ali Məclisnin sədri Əjdər Əliyevin məlumatı dinlənilib. Məclis BQP-nin Saatlı, Lənkəran, Sabirabad, Zərdab, Tovuz, Xaçmaz, Zaqatala, Daşkəsən, Ağcabədi, Ağdam və Cəlilabad rayon təşkilatlarını qeydə alıb və müvafiq olaraq həmin təşkilatların başçılarının Ali Məclisin üzvü kimi səlahiyyətlərini təsdiq edib.

Sonra ictimai-siyasi vəziyyət mövzusunda partiya başqanı Fazil Mustafa geniş məruzə ilə çıxış edib. F. Mustafa məruzəsində partiya təmsilçisi olaraq, parlament fəaliyyətindən, beynəlxalq təşkilatlarda gördüyü işlərdən, rayon təşkilatlarının və bütünlüklə partiyanın qarşısında duran vəzifələrdən, yerli təşkilatların yaradılması və onların yenidən qurulması işinin başa çatdırılması sahəsində qarşıda duran vəzifələrdən, partiyanın təbliğat mexanizminin səmərəli qurulmasının vacibliyindən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR