Bank Of Baku

KXCP Ali Məclisinin sessiyası keçirilib

KXCP Ali Məclisinin sessiyası keçirilib
# 30 oktyabr 2011 20:11 (UTC +04:00)
Partiyadan APA-ya verilən məlumata görə, sessiyada təşkilati məsələlər, KXCP- nin fəaliyyət istiqamətləri, KXCP-nin reqlamentlərinin və əsasnamələrinin təsdiqi və ictimai siyasi vəziyyət müzakirə olunub.

Sessiyada Ali Məclisin katibi vəzifəsinə seçki keçirilib. Oqtay Gülalıyev partiyanın Ali Məclisin katibi seçilib. Ali Məclisin müvafiq komissiyaları yaradılıb.

Sessiyada KXCP- nin İnkişaf Planı müzakirə olunub və əsasən qəbul edilib. Ali Məclisin sessiyasında həmçinin KXCP-nin 2012-ci il üçün Fəaliyyət istiqamətləri və bir sıra sənədlər qəbul olunub.

KXCP Ali Məclisinin sessiyasında ölkədəki ictimai siyasi vəziyyətlə bağlı partiya sədri Mirmahmud Mirəlioğlu məruzə ilə çıxış edib və çıxış ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR