Bank Of Baku

Azərbaycanda bələdiyyə seçkilərində iştirak üçün 1520 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycanda bələdiyyə seçkilərində iştirak üçün 1520 nəfərin namizədliyi qeydə alınıb
# 31 oktyabr 2011 08:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 1520 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Ümumilikdə seçkilərdə namizədliyini irəli sürmək məqsədilə 1622 nəfər imza vərəqi götürüb, onlardan 1566 nəfər imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR