Bank Of Baku

BAXCP Azərbaycanla Türkiyə arasında imzalanmış sazişləri alqışlayır

BAXCP Azərbaycanla Türkiyə arasında imzalanmış sazişləri alqışlayır
# 31 oktyabr 2011 11:00 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ ötən həftə təbii qazın alqı-satqısıyla əlaqədar Azərbaycanla Türkiyə arasında imzalanan sazişlər olub. İH üzvləri bu sazişləri alqışlayıblar. BAXCP hesab edir ki, imzalanan sənədlər Azərbaycanın və Türkiyənin milli maraqlarına cavab verir. Partiya bəzi siyasi qrupların Azərbaycanın Türkiyəyə güzəştə getməsi barədə fikirlərini də qəbul etmir: “Bəzilərinin iddia etdiyi kimi, hətta təbii qazın alqı-satqısı ilə bağlı sazişlərdə Türkiyəyə güzəştlər edilsə belə, Azərbaycan tərəfindən qardaş ölkəyə münasibətdə belə bir davranışın sərgilənməsi təbii qəbul olunmalıdır”.

BAXCP İdarə Heyəti Azərbaycan hökumətinin Türkiyənin Van bölgəsində baş vermiş zəlzələdən sonra fəlakət bölgəsinə ilk olaraq yardım göstərməsini və hadisəyə çevik reaksiya verməsini yüksək qiymətləndirib. BAXCP hesab edir ki, Azərbaycan hökumətinin nümayiş etdirdiyi səmimi qardaşlıq münasibəti, eyni zamanda azərbaycanlı xilasedicilərin yüksək peşəkarlıqları və fədakar davranışları qardaş ölkədə Azərbaycanın nüfuzunun yüksəlməsinə zəmin yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR