Bank Of Baku

ADP Türkiyə ilə münasibətlərin dərinləşdirilməsindən məmnundur

ADP Türkiyə ilə münasibətlərin dərinləşdirilməsindən məmnundur
# 31 oktyabr 2011 13:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycanda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə mövzusu olub.

İdarə Heyəti üzvləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İzmirdə keçirilən toplantısında iki ölkə arasında iqtisadi və digər sahələrə dair imzalanan müqavilələrin əhəmiyyətinə diqqət çəkib, hakimiyyətin Türkiyə ilə son vaxtlar yüksək səviyyədə münasibətlər qurmaq istiqamətində atdığı addımları təqdir etməklə bu sahədə səylərin daha da artırılmasının vacibliyini vurğulayıblar.

İclasda digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR