Bank Of Baku

Etibar Məmmədov Böyük Britaniyaya gedəcək

Etibar Məmmədov Böyük Britaniyaya gedəcək
# 31 oktyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (The Alliance of European Conservatives and Reformists AECR) noyabr 11-də keçiriləcək qurultayında iştirak etmək üçün Böyük Britaniyaya səfər edəcək.

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər alyansın Baş Katibi, Avropa Parlamentinin deputatı Daniel Hannanın dəvəti ilə reallaşacaq. Qurultayda Avropadan olan azad sahibkarlıq, məhdudlaşdırılmış hakimiyyət və etnik dövlətçiliyə inanan üzv sağ-mərkəzçi partiyalar bir araya gələcək və “Avropanın maliyyə böhranını necə həll etmək yolları” mövzusunda müzakirələr aparacaqlar.
AMİP lideri dünyanın 60-dan çox ölkəsinin 87 sağ-mərkəzçi partiyalarını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının noyabrın 9-10-da Böyük Britaniyada keçiriləcək “Liderlərin Zirvə Toplantısında” da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR