Bank Of Baku

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün sənəd qəbulu başa çatıb

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün sənəd qəbulu başa çatıb
# 31 oktyabr 2011 15:01 (UTC +04:00)
APA-nın məlumatına görə, proses bu gün saat 18.00-da başa yekunlaşıb. Son məlumata görə, seçkilərdə iştirak etmək üçün 85 seçki dairəsi və 330 bələdiyyə üzrə 1520 nəfərin namizədliyi qeydə alınıb. Lakin yekun rəqəmlərdə bu sayın artacağı bildirilir.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb.

Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilərdi.

Seçki noyabrın 30-na təyin olunub.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR