Bank Of Baku

Müsavat Partiyası Azərbaycanla Türkiyə arasında qaz sazişlərinin imzalanmasını yüksək qiymətləndirib

Müsavat Partiyası Azərbaycanla Türkiyə arasında qaz sazişlərinin imzalanmasını yüksək qiymətləndirib
# 31 oktyabr 2011 14:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İctimai Palatanın regional təşkilatlarının yaradılması zamanı hakimiyyət orqanlarının müdaxiləsi, bəzi regionlarda, o cümlədən Beyləqanda polisin toplantıların keçirilməsinə mane olması, fəalların saxlanılması barədə müzakirə aparılıb, buna kəskin etiraz bildirilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi müzakirə edilib.

Daha sonra Divan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının ilk toplantısının keçirilməsini, iki dövlət arasında çox mühüm qaz sazişlərinin imzalanmasını yüksək qiymətləndirib.

Sonda cari məsələlər baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR