Bank Of Baku

Bələdiyyə üzvlüyünə 1548 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə üzvlüyünə 1548 nəfərin namizədliyi qeydə alınıb
# 01 noyabr 2011 08:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 85 seçki dairəsi və 330 bələdiyyə üzrə 1548 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Ümumilikdə 1627 nəfər imza vərəqi götürüb. Onlardan 1587 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə sentyabrın 30-dan başlanılıb, proses oktyabrın 31-də başa çatıb. Qeydə alınan namizədlərlə bağlı son rəqəm bir həftə müddətində məlum olacaq.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR