Bank Of Baku

Azərbaycan prezidenti Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan prezidenti Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
# 01 noyabr 2011 09:08 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı xəstəxananın təmirdən əvvəlki vəziyyətini əks etdirən stendə baxıb.

Xəstəxananın foyesində Heydər Əliyevin, prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanıb. Binada yüksək səviyyədə təmir-bərpa işləri aparılıb. Müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək.

Prezident İ. Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış olub.

Görülmüş işlərdən razılığını bildirən Azərbaycan prezidenti tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR