Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
# 01 noyabr 2011 09:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb.

Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunub, qapı-pəncərələr, oturacaqlar yenilənmiş, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulub.

Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkar Rəşid Behbudovun təşəbbüsü ilə yaradılıb. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
övsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR