Bank Of Baku

Azərbaycan prezidenti Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işləri ilə tanış olub
# 01 noyabr 2011 10:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olub. APA-nın məlumatına görə, şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərlə tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə bu ilin iyununda başlanıb. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunacaq. Altı körpü və bir tunelin də inşa olunacağı şəhərciyin ərazisində müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaq.

Prezidentə parkın ərazisində inşa edilən “Şərq” və “İtaliya” restoranlarının binalarında tikinti işlərinin gedişi barədə də məlumat verilib.

Dövlət başçısı sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə də maraqlanıb.

Azərbaycan prezidenti daha sonra Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi istiqamətində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlət başçısı paytaxt sakinlərinin və şəhərin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR