Bank Of Baku

Vidadi İsgəndərlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib

Vidadi İsgəndərlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib
# 01 noyabr 2011 16:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Şəki Apellyasiya Məhkəməsində deputatlığa keçmiş namizəd Vidadi İsgəndərovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısına etirazla bağlı vəsatət verilib. Lakin vəsatət təmin olunmayıb. Daha sonra Vidadi İsgəndərlinin barmaqlıqlar arasından çıxarılaraq vəkilinin yanında əyləşməsi ilə bağlı vəsatət verilib. Həmin vəsatət təmin olunub. Prosesdə V. İsgəndərli ifadə verərək, Gəncə Şəhər İstintaq Təcridxanasında məhkumların pis vəziyyətdə saxlanıldığını deyib.

Proses noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Göyçay Rayon Məhkəməsinin hökmü ilə V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərov barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Mayın 2-də Vidadi İsgəndərova qeyd edilən maddələrlə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR