Bank Of Baku

Azərbaycan İslam Partiyası aksiya keçirmək üçün yenidən BŞİH-ə müraciət edəcək

Azərbaycan İslam Partiyası aksiya keçirmək üçün yenidən BŞİH-ə müraciət edəcək
# 02 noyabr 2011 08:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan İslam Partiyasının (AİP) növbəti Baş Məclisi keçirilib. AİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə rayon komitə sədrləri və Baş Məclisin üzvləri iştirak ediblər.

Baş Məclisdə ölkədə və beynəlxalq aləmdə ictimai-siyasi vəziyyət, həbs olunan islamçıların məhkəmə hökmü, AİP-ın son Baş Məclisindən ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və digər məsələlər müzakirə olunub.

İslam Partiyasının sədr əvəzi Elçin Manafov çıxış edərək, İslama qarşı bütün təzyiqləri pisləyib: “Biz qanunun tərəfdarıyıq və qanunun bizə verdiyi hüququn pozulması ilə heç zaman barışmayacağıq. Bir daha bildiririk ki, mitinq keçirməkdə maraqlı deyilik, amma buna sanki məcbur edilirik. Ona görə də yaxın günlərdə növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirmək üçün müraciət edəcəyik”.

Baş Məclis mitinqi noyabrın 20-nə təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR