Bank Of Baku

Seçki dairələrinin birində bələdiyyə üzvlüyünə namizəd qeydə alınmayıb

Seçki dairələrinin birində bələdiyyə üzvlüyünə namizəd qeydə alınmayıb
# 02 noyabr 2011 10:03 (UTC +04:00)
Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

İndiyədək yalnız bir seçki dairəsi üzrə namizəd qeydə alınmayıb. Bu, 18 saylı Nərimanov-Nizami seçki dairəsidir. Həmin dairə üzrə 2 nəfər imza vərəqələrini dairəyə qaytarsa da, hələlik onlar qeydiyyata alınmayıb. Ümumilikdə 1627 nəfər imza vərəqi götürüb. Onlardan 1588 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb, oktyabrın 31-də başa çatıb. Qeydə alınan namizədlərlə bağlı son rəqəm bir həftə müddətində məlum olacaq.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR