Bank Of Baku

Müxalifyönlü gənclərin forumu keçirilib

Müxalifyönlü gənclərin forumu keçirilib
# 02 noyabr 2011 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın müxalifyönlü gənclərinin II forumu keçirilib. APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə keçirilən forumda çıxış edən VHP-nin təşkilat şöbəsinin müdiri Samir Əsədli, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Demokratik İslahatlar Partiyası Gənclər Birliyinin rəhbəri Ramin Hacılı və digərləri ölkədə gənclərin qarşılaşdıqları problemlər haqqında danışıblar.

Yığıncaqda müxalifət partiyalarının gənclər təşkilatlarının bəzi üzvlərinin İctimai Palatanın ilin əvvəlində keçirdiyi aksiyalar zamanı saxlanıldığı xatırladılaraq onların azadlığa buraxılması tələbi səslənib. Forumda vurğulanıb ki, Azərbaycan gəncləri bölgənin siyasi baxımdan ən aktiv və perspektivli sosial təbəqəsidir.

Forumda ölkədəki mövcud siyasi vəziyyət və etiraz aksiyaları zamanı saxlanılan gənclərin azadlığa buraxılması tələbi ilə bəyanat qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR